22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Abdulla İsam oğlu Babayev

Qarşıdakı ayın-oktyabrın 27-də onun 60 illik yubileyini keçirəcəkdik. Amma bəndələrin niyyəti ilə yaradanın qərarı doğrudan da düz gəlmirmiş. Qəfil ölüm məktəbimizin qabaqcıl, təcrübəli müəllimlərindən birini, rayonun nüfuzlu ziyalısı olan Abdulla İsam oğlu Babayevi aramızdan apardı.

Yuxarı Tahircal kəndində qulluqçu ailəsində dünyaya göz açan Abdulla Babayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunu rəsm, rəsmxətt və əmək müəllimi ixtisası üzrə bitirərək bir müddət doğma kəndində müəllim, şəhər mədəniyyət və istirahət parkında tərtibatçı-rəssam işləmişdir. 1984-cü ildə Qusar Rayon Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinə müəllimliyə qəbul olunan Abdulla Babayev ömrünün sonunadək bu təlim və sənət ocağında çalışmışdır.

Abdulla müəllim peşəsinə vurğun müəllim olmaqla yanaşı, onu şagirdlərinə sevdirməyi bacaran, balacaların qəlbinə yol tapmağı bacaran pedaqoq idi. Həm doğma kollektivdə, eləcə də əlavə dərs yükü götürdüyü ADPK Qusar Şöbəsində çalışdığı illərdə onlarla şagird və tələbə Abdulla müəllimin təsiri ilə gələcək peşə kimi rəsm, rəsmxət müəllimliyini seçmişdir.

Abdulla Babayev rayonun mədəni, ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən ziyalılarımızdan biri olub. Hələ ötən əsrin 90-cı illərində gənc müəllimlərin yaratdıqları “Trillo” folklor xalq kollektivinin aparıcı solistlərindən olan Abdulla Babayev xalq sənətinin qorunması, inkişafı və təbliğində önəmli rol oynamışdır.

2007-ci ildən rayon seçki dairəsinin həlledici səs hüquqlu üzvü olan Abdulla Babayevin ictimai fəaliyyəti mədəniyyət və təhsil nazirliklərinin, Qusar RİH başçısının diplom, fəxri fərman və mükafatlarına layiq görülmüşdür.

Abdulla Babayevin əziz xatirəsi həmkarlarının, dostlarının, bütün tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!      

Qusar Rayon Uşaq   İncəsənət Məktəbinin  kollektivi