19 | 10 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Sultan Şahvələdovun 40 mərasimi keçirilib

İyunun 16-da düşmənin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan hərbçimiz Sultan Şahvələdovun 40 mərasimi keçirilib.

Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və aparatın kollektivi, Müdafiə nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Sultan Şahvələdovun xidmət etdiyi hərbi hissənin komandir və əsgərləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin üzvləri iştirak ediblər.

Əvvəl Şəhidlər xiyabanında Sultan Şahvələdovun məzarı ziyarət edilmiş, önünə gül-çiçək qoyulmuşdur.

Şahvələdovların evi önündə təşkil olunmuş ehsan süfrəsində çıxış edən QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Mustafa Kazdal” dini icmasının sədri Fəryəddin Rəhimxanov şəhidliyin yüksək bir mərtəbə olduğunu, bunun müsəlmanın ölümü ilə ibadət etməsi anlamını daşıdığını söyləmişdir. Peyğəmbərimiz Məhəmməd əleyhissalam (s.) buyurub ki, "Vətəninizi sevin, onu qoruyun, uğrunda vuruşun, şəhid olun".

Müdafiə nazirliyinin, “N” saylı hərbi hissənin nümayəndələri çıxışlarında Sultan Şahvələdovun nümunəvi xidmətindən, ölümündən qabaq göstərdiyi fədakarlığından danışmış, belə vətənpərvər, ölkəsinə və xalqına sadiq bir övlad yetişdirən şəhidin ailəsinə başsağlığı vermişlər.

Çıxışlarda torpaqlarımızın toxunulmazlığı uğrunda döyüşlərdə həlak olan Sultan Şahvələdovun xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağı ifadə olunmuşdur.

Şəhidin xidmət etdiyi hərbi hissənin nümayəndəsi polkovnik-leytenant Loğman Xanlarov Sultan Şahvələdovun yaşadığı qısa lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu söyləyib. O, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyinə görə şəhid Sultan Şahvələdovun "Şücaətə görə" medalı ilə təltif olunması barədə Müdafiə nazirinin əmrini mərasim iştirakçılarına çatdırıb və medalı şəhidin atası Niyaz kişiyə təqdim edib.