22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Eldar Əziz oğlu Əzizov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2017-ci il tarixli sərəncam ilə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Əziz oğlu Əzizov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Eldar Əzizov 1957-ci il iyunun 28-də Bakıda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun, 1987-ci ildən Bakı şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində işləmiş, 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi, 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi olmuşdur.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında şöbə müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində departament sədrinin birinci müavini, 2000-ci ilin martından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. Ölkə başçısının 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

O, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir.

Ailəlidir, iki övladı vardır.