21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Rauf İsmayıl oğlu Kişiyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında 20 iyun 2017-ci il tarixli sərəncamı ilə uzunmüddətli səmərəli fəaliyyətinə görə ədliyyə polkovniki Rauf   İsmayıl oğlu Kişiyevə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir.

Rauf Kişiyev 1960-cı ildə Qusar şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1978-ci ildə Qusar şəhər 3 saylı orta məktəbini, 1983-cü ildə Moskva Hərbi İnstitutunun hüquq fakultəsini müvəffəqiyyətlə başa vurmuşdur.

Əmək fəaliyyətinə Zaqafqaziya Hərbi Dairəsində başlamış, bir sıra hərbi prokurorluqlarda ardıcıl olaraq müstəntiq, prokuror köməkçisi, prokuror müavini vəzifələrində işləmişdir.

1991-92-ci illərdə Bakı şəhərinin hərbi prokuroru, 1992-2001-ci illərdə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifələrində çalışmışdır.

Müstəqil Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarının yaradılmasında və onun normativ-hüquqi bazasının formalaşdırılmasında Rauf Kişiyevin müstəsna xidmətləri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası dövlət quruluşunun qorunmasında, sabitliyin təmin edilməsində mühüm xidmətlərinə görə o, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Rauf Kişiyev Azərbaycan Respublikası Müdafiə Hazirliyi Hüqüq idarəsinin rəisidir.

Evlidir, üç övladı vardır.