26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Zalikə Nürəddin qızı Qayıbxanova

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalçaçılarına fəxri adların verilməsi haqqında 1 may 2017-ci il tarixli sərəncamı ilə xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə Zalikə Nürəddin qızı Qayıbxanovaya "Əməkdar mədəniyyət işçisi" fəxri adı   verilmişdir.

Zalikə Qayıbxanova 25 oktyabr 1951-ci ildə Xürel kəndində müəllim ailəsində anadan olmuşdur.

1968-ci ildə Qusar şəhəri 1 saylı tam orta məktəbini bitirmiş, 1970-ci ildə Quba Sovxoz texnikumuna daxil olaraq oranı aqronom ixtisası ilə başa vurmuşdur. 1984-cü ildə Bakı Ali Partiya Məktəbinə göndərilmiş, bu təhsil müəssisəsini tam kurs üzrə bitirmişdir.

Zalikə Qayıbxanova 1973-cü ildən 1986-cı ilə kimi Avaran Kənd XDS İcraiyyə Komitəsinin sədri, 1986-cı ildən 2004-cü ilə kimi Qusar Xalça İstehsalat Müəssisəsinin direktoru vəzifələrində işləmişdir. Bu illər ərzində o, mütəmadi olaraq rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Bələdiyyə seçkilərində Qusar Bələdiyyəsinə seçilən Zalikə Qayıbxanova 2005-ci ildən bəri bu qurumda sədr müavini vəzifəsində çalışır.

O, uzun illər Qusar Rayon Qadınlar Cəmiyyətinin sədri kimi ictimai iş aparmış, bu yöndə səmərəli fəaliyyətinə görə müxtəlif diplom və mükafatlarla, o cümlədən Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı vardır.