23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Elman Əkbər oğlu Mustafayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında 21 iyun 2017-ci il tarixli   sərəncamı ilə dövlət qullugunda səmərəli fəaliyyətinə görə Elman Əkbər oğlu Mustafayev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə ilə təltif edilmişdir.

Elman Mustafayev 1976-cı il fevralın 18-də Qusar şəhərində anadan olmuşdur. Orta təhsilini Qusar şəhər 1 saylı tam orta məktəbində almış, 1993-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdur. 1997-ci ildə ali təhsilini başa vuraraq Həsənqala kənd əsas məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamış, 2000-ci ilin fevral ayınadək bu təhsil ocağında işləmişdir. 2000-2002-ci illərdə Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai Təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsində referent, 2003-cü ilin noyabr ayından 2005-ci ilin iyun ayınadək həmin şöbənin müdiri vəzifəsində çalışmışdıro.

Elman Mustafayev 2000-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına ixtisasartırma kursuna göndərilmiş, 2002-ci ilin iyul ayında tam kursu bitirərək dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnmişdir.

O, 2005-ci ilin iyun ayında Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş və hazırda da həmin vəzifədə çalışır.

Ailəlidir, 3 övladı vardır.