21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

David Nurəddin oğlu İbramxəlilov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında 21 iyun 2017-ci il tarixli   sərəncamı ilə dövlət qullugunda səmərəli fəaliyyətinə görə David Nurəddin oğlu       İbramxəlilov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə ilə təltif edilmişdir.

David İbramxəlilov 1955-ci il sentyabrın 6-da Əcəxür kəndində doğulub. 1972-ci ildə Əcəxür kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və ali təhsil ocağını 1976-cı ildə bitirib.

Əmək fəaliyyətinə həmin ildə Əcəxür kənd orta məktəbində müəllimliklə başlayıb. 1983-cü uldə Aşağı Ləgər kənd orta məktəbində müəllim, direktor müavini (1987-1988), direktor (1988-1995) vəzifələrində işləyib.

1995-ci ildən 2003-cü ilə qədər Qusar Rayon Gənclər və İdman İdarədsində baş məsləhətçi, 2003-2008-ci illərdə bu idarənin rəisi vəzifəsində işləyib. 2008-ci ilin yanvar ayından 2016-ci ilin noyabrına kimi Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2017-ci ilin yanvarından Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayon üzrə nümayəndəsi işləyir.

David İbramxəlilovun səmərəli əməyi Mədəniyyət və turizm nazirliyinin, Qusar Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə qiymətləndirilib.

David İbramxəlilov 2008-ci ildən Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, partiyanın Siyasi Şuranın üzvüdür.

Ailəlidir, iki qızı, bir oğlu vardır.