24 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Könlümün atəşi sönənə kimi...

Ömür-gün yoldaşım Səmayə xanımın

unudulmaz xatirəsinə

Nə atam yaşayır, nə anam indi,

Nə bacım var mənim,

                               nə də qardaşım.

Könlümün son ümid yeri sən idin

Könlümü kor qoyub sənsiz

                                       göz yaşım.

Səni gözləməkdən gözlərim solub,

Üzür ürəyimi sənin xəyalın.

Amalın hər kəsə yaxşılıq olub,

Yaxşılıq edəndə xoş olub halın.

Xeyirxah əməllər olub məqsədin,

Özün öz qeydinə heç vaxt qalmadın.

Bir tikə çörəyi əsirgəmədin,

Heç kəsi əliboş yola salmadın.

Gecələr fikirdən yatmasan da sən,

Üç övlad sevgisi yaşadıb səni.

Onların nazını daim çəkmisən

Qoy heç kim görməsin bala dərdini.

Deyirdin “-Həyatdan necə əl çəkim,

Necə Aydınıma deyim əlvida?..”

Odur gecə-gündüz ürəyimdəki

Onu yaşadacam mən bu dünyada.

Könlümün atəşi sönənə kimi,

Sevəcəyəm onu ölənə kimi…

Fikrət Abdullayev