23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

İsgəndər Aslan oğlu İsgəndərov

Xalqımızın ləyaqətli oğullarından biri, hüquq mühafizə orqanlarının veteranı, el ağsaqqalı İsgəndər Aslan oğlu İsgəndərov vəfat etmiş, mayın 13-də Qusar şəhərində toprağa tapşırılmışdır.

İsgəndər İsgəndərov 1932-ci il yanvarın 5-də Sudur kəndində anadan olmuş, əvvəl kənd 7 illik, 1951-ci ildə isə Qusar şəhərində orta məktəbi bitirmişdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil aldıqdan sonra rayon komsomol komitəsində şöbə müdiri, komitənin II katibi vəzifələrində işləmiş,1960-ci ildə rayon partiya komitəsində təlimatçıvəzifəsinə təyin olunmuş, 1961-1965-illərdə uşaq-gənclər idman məktəbinin direktoru, rayon "Məhsul" idman cəmiyyətinin sədri vəzifələrində işləmişdir.

1965-1967-ci illərdə rayon Daxili İşlər Şöbəsinin Qusar şəhəri üzrə sahə müvəkilli, 1967-ci ildən 1990-cı ilədək 23 il müddətində rayon Daxili İşlər Şöbəsinin mühafizə bölməsinin rəisi vəzifəsində işləmişdir.

Fəaliyyəti dövründə rayonda ictimai asayişin qorunmasına sanballı pay qatmaqla bərabər, rayon əhalisinin etimadını və dərin hörmətini qazana bilmiş, xidmət illərində leytenantlıqdan mayor rütbəsinədək yüksəlmişdir.

1990-cı ildə təqaüdə çıxdıqdan sonra 1995-ci ilədək rayon tədarük idarəsində hüquqşünas vəzifəsində çalışmış, 2002-2008-ci illərdə Qusar Rayon Müharibə və Əmək Veteranları Şurasının sədri vəzifəsini icra etmişdir.

Fəal ictimai iş aparan İsgəndər İsgəndərov sonralar rayon veteranlar şurasının sədr müavini, rayon hüquq mühafizə orqanları veteranları şurasının sədri, Yeni Azərbaycan Partiyası Qusar şəhər ərazi partiya təşkilatının sədri kimi ictimai vəzifələrdə çalışmışdır.

İsgəndər İsgəndərovun səmərəli fəaliyyəti Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, çoxsaylı orden və medallarla təltif edilmiş, bir sıra mükafatlarla dəyərləndirilmişdir.

Böyük bir nəslə ağsaqqallıq etməklə çoxsaylı qohum-əqrabasının və rayonda onu tanıyanların dərin hörmətini qazanmış ağsaqqal 5 övlad atası, 14 nəvə və 9 nəticənin müdrük və istəkli babası idi.

Səmimi və mehriban insan, hörmətli el ağsaqqalı İsgəndər İsgəndərovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin.

Rayonun veteranları və

ağsaqqaları, həmkarları