24 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Həşim İsrafil oğlu Sultanov

Mehriban insan, təcrübəli təsərrüfat mütəxəssisi, el ağsaqqalı, səmimi iş yoldaşı Həşim İsrafil oğlu Sultanov ömrünün 79-cu ilində aramızdan köçdü.

Həşim Sultanov 1938-ci il fevral ayının 15-də Həsənqala kəndində anadan olub. 1953-cü ildə Balaqusar kənd yeddiillik məktəbini bitirən yeniyetmə Quba Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Ordu sıralarında hərbi xidmətini başa çatdırdıqdan sonra Azərbaycan Kənd Təsərrüfatı institutuna qəbul olunan Həşim Sultanov 1966-cı ildə ali məktəbi bitirərək alim-aqronom ixtisası alıb.

1966-1967-ci illərdə Azərbaycan Elmi Tədqiqat və Bağçılıq İnstitutunda baş torpaqşünas, 1967-1969-cu illərdə baş elmi işçi işləmiş, 1969-1972-ci illərdə bu institutun aspiranturasında təhsil almışdır.

1972-1974-cü illərdə Xuray təsərrüfatında, 1974-1980-ci illərdə Balaqusar toxumçuluq təsərrüfatında baş aqronom, 1980-1987-ci illərdə rayonun meyvə-tingliyi sovxozunda direktor vəzifələrində çalışan mütəxəssis 1988-1994-cü illərdə Qusar Rayon Kən-dkimya Birliyinin Bitki Mühafizə Stansiyasında baş aqronom, 1994-2011-ci illərdə Qusar Rayon Bitki Mühafizə Stansiyasının rəisi işləmişdir.

Əməlləri və vətənpərvərliyi, ziyalı mədəniyyəti və alicənablığı ilə seçilən Həşim Sultanov bütün iş yerlərində, el icində hörmət, nüfuz qazana bilmişdi.

Daim doğma kəndin, rayonun təəssübünü çəkən, onun tərəqqisi, abadlığı üçün çalışan ziyalı əmək fəaliyyəti dövründə bir sıra təltiflərə və mükafatlara layiq bilinməklə yanaşı "Əmək veteranı" medalı ilə də təltif olunmuşdu.

Gözəl ailə başçısı Həşim Sultanov dörd övlad-bir oğul, üç qız atası, on nəvənin mehriban babası idi. Həşim İsrafil oğlunun əziz xatirəsi onu tanıyanların qəlbində uzun illər yaşayacaqdır.

Allah rəhmət eləsin.

Doğmaları, dostları, həmkarları