21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Cavanşir Nəsrətulla oğlu Əlibabayev

Amansız ölüm xeyirxah, şəfqətli bir peşə sahibini, 28 illik fəaliyyəti dövründə yüzlərlə xəstəyə əlac etmiş Cavanşir həkimi aramızdan apardı.

Cavanşir Nəsrətulla oğlu Əlibabayev 1958-ci il oktyabrın 11-də Qusar şəhərində anadan olmuşdur. 1977-ci ildə şəhər 3 saylı orta məktəbini, 1986-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu müalicə işi ixtisası üzrə bitirmişdir.

1987-ci ilin avqustunda internaturanı başa vuraraq gənc təbib həmin il Urva kənd həkim ambulatoriyasına, 1990-cı ildə bu kəndin sahə xəstəxanasına baş həkim təyin edilmişdir.

1990-cı ilin noyabrında o, Qusar rayon poliklinikasında əvvəlcə terapevt, sonra isə həkim-nevropatoloq vəzifəsində işləmişdir. 1994-cü ildə əsəb xəstəlikləri şöbəsinin müdiri, 1996-cı ilin noyabrında isə həm də rayon hərbi komissarlığının böyük həkimi vəzifəsinə təyin edilmişdir.

2015-ci ilin iyun ayında xəstəliyi ilə əlaqədar işdən azad edilən həkim uzun çəkən müalicələrə, həmkarlarının qurtuluş səylərinə baxmayaraq dünyasını dəyişdi.

Cavanşir həkimin yoxluğu doğmaları, dos-tları, həmkarları ilə yanaşı bütün onu tanıyanları, xüsusilə də onun sayəsində şəfa tapanları kədərləndirir. Çünki o, öz humanist sənəti, xəstələrə qayğıkeşliyi, insanpərvərliyi ilə həqiqətən xalqın rəğbətini, ehtiramını, sevgisini qazanmışdı.

Cavanşir Əlibabayevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.

Qusar Mərkəzi Rayon Xəstəxanasının müdiriyyəti, səhiyyə işçiləri həmkarlar ittifaqının rayon şurası