24 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Əzizimiz Azər Hacıverdi oğlu

Ad günləri, yubileylər, ailə şənlikləri... İndi onların keçirilməsinə, təmtəraqlı qeyd olunmasına münasibət birmənalı deyil: tərəfdarları da var, təvazökarlıq edənlər də az deyil.

Bizcə ləyaqətlə ömür sürən, həyatda zəhməti ilə ad-san, ailədə, el içində hörmət qazanan insanlar tanınmalı, nümunə göstərilməlidirlər. Yaxın vaxtlarda 60 illiyini qeyd edəcəyimiz Azər Hacıverdi oğlu Əliyarov da belə eloğullarımızdan biridir.

5 iyun 1957-ci ildə Hildə anadan olmuş Azər Əliyarov əvvəl kənd orta məktəbində təhsil almış, 1974-cü ildə Qusar şəhər 3 saylı orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Neft Kimya İnstitutunun kimya texnologiyası fakultəsinə daxil olan yeniyetmə uşaqlıqdan arzu etdiyi mühəndis ixtisasına yiyələnmişdir.

Təyinatla Bakı "Neftqaz" zavoduna göndərilən gənc bir müddət çalışdıqdan sonra ordu sıralarına çağırılmış, əsgəri xidmətini başa vurduqdan sonra ilk iş yeri olan zavoda qayıtmış, istedadı, bacarığı sayəsində pillə-pillə irəliləmişdir. Əvvəl bu müəssisədə qurğu rəisi, böyük mühəndis, sex rəisinin müavini, istehsalat rəisi əvəzi, sonra 1997-ci ildən bugünədək çalışdığı Heydər Əliyev adına Neft Emalı Zavodunun 19 nömrəli sexinə sex rəisi vəzifəsinə təyin olunmuşdur.

Azər Əliyarov istehsalatda fərqləndiyinə görə bir neçə dəfə zavod rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin, 2014-cü ildə ARDNŞ-in fəxri fərman və pul mükafatları ilə mükafatlandırılmışdır.

Xoşbəxt ailə başçısı, 4 övlad atası, 7 nəvənin qayğıkeş babası olan Azər Hacıverdi oğlunu həyatının əlamətdar günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ömrünün qarşıdakı illərində yeni sevinclər arzulayırıq!              

Doğmaların, yaxınların, dostların