23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Sevimlimiz Nəzifə xanım!

Sədaqətli övlad, vəfalı ömür yoldaşı, qayğıkeş ana, nəvazişli nənə, bacarıqlı pedaqoq...

Ötən 60 il ərzində Nəzifə xanımın layiq bilindiyi titulları artırmaq da olardı. Amma bilirik ki, o, tərif xoşlamır... Bu təbrikimiz isə bir sürprizdir.

Nəzifə Əlağa qızı Qaflanova kənd orta məktəbini bitirdikdən sonra əvvəl kitabxanaçılıq texnikumunda, sonra isə   APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. Məktəbimizdə iki il kitabxanaçı işləmiş, 1979-cu ildən pedaqoji fəaliyyətə başlamışdır.

Dərin biliyi, xoş xasiyyəti və səmimi rəftarı ilə az zaman kəsiyində həm iş yoldaşlarının, həm də kənd ictimaiyyətinin rəğbətini qazanmışdır.

2003-cü ildə rayon üzrə "İlin mühazirəçisi", 2004-cü ildə "İlin müəllimi" seçilmiş, 2005-ci ildə müəllimlərin respublika müsabiqəsinin iştirakçısı olmuş Nəzifə müəllimin səmərəli fəaliyyətinin nəticəsidir ki, məktəbimiz uzun illərdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə rayonda birincilər cərgəsində olmuşdur. Fənni üzrə müəllimlərin Mucuq dayaq məntəqəsinin sədri olan Nəzifə xanım 40-a yaxın müəllimin müəllimi və yaxın məsləhətçisidir. Dəfələrlə RTŞ-nin fəxri fərmanlarına və pul mukafatılarına layiq görülən xanım müəllim öz pedaqoji təcrübəsini həmkarları ilə həvəslə bölüşür, həm gənc müəllimlərdə, həm də şagirdlərində Azərbaycan dilinə və onun zəngin ədəbiyyatına hədsiz sevgi, maraq oyadır.

Üç övlad dünyaya gətirib onlara ali təhsill verən, cəmiyyətdə layiqli mövqe qazanmalarına yardımçı olan Nəzifə Əlağa qızının qismətinə indi nəvələri ilə məşğul olmaq, həyatın bu şirinliyini də dadmaq səadəti düşüb.

Sevimlimiz, məsləhətçimiz olan Nəzifə müəllimə "Ad günün mübarək!"-deməklə cansağlığı, uzun ömür və tükənməz enerji arzulayırıq.  

Mucuq kənd məktəbinin kollektivi