21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Əzizimiz Mərdəli müəllim!

İnsanın geri qaytara bilmədiyi, bir daha əli çatmadığı, ünü yetmədiyi onun gəncliyidir. Ona görə deyirlər ki, gəncliyində elə yaşa ki, qocalanda peşman olmayasan. Geriyə-ötən günlərə, aylara, illərə dönüb baxanda qürur hissi keçirənlərdən, ömrünü halallıqla yaşayanlardan biri də 60-cı baharını qarşılayan pedaqoq, məktəbimizin tədris işləri üzrə direktor müavini, qibtə ediləcək dərəcədə sadə, şərəfli bir həyat yaşamış Mərdəli müəllimdir.

Mərdəli Şixəliyev 1979-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun ümümtexniki fənlər fakultəsini bitirdikdən sonra Köhnə Xudat kənd orta məktəbində rəsmxətt, rəsm və əmək müəllimi kimi fəaliyyətə başlamışdır.

1988-ci ildən bu günədək ixtisası üzrə müəllim, məktəbdənkənar və sinifdənkənar işlər üzrə direktor müavini, 1999-cu ildən bəri tədris işləri üzrə direktor müavini işləyir. O, işlədiyi dövr ərzində yüksək mədəniyyəti, intellektual səviyyəsi, təşkilatçılıq qabiliyyəti ilə seçilmişdir.

Mərdəli müəllim səbrliliyi, xoş rəftarı, təmkinliliyi ilə kollektivin hörmətini qazanmış, hər bir işində şagirdlərə nümunə olmuşdur.

Mehriban bir ailənin başçısı, iki övlad atası, sevimli baba, təvazökar iş yoldaşı olan Mərdəli müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, məhsuldar iş fəaliyyəti, mənalı ömür arzulayırıq.

Qusar şəhər 6 saylı tam

orta məktəbinin kollektivi