26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Şakir Rirsumali oğlu Aslanov

Gündüzqala kəndi bütün ömrü boyu uca Allaha tapınan, saf dinimizə sadəqətli mömin ağsaqqallardan birini-Şakir Pirsuməli oğlu Aslanovu itirdi.

1940-cı ildə zəhmətkeş bir ailədə dünyaya göz açan Şakir Aslanov ağır və məşəqqətli müharibə və ondan sonrakı bərpa dövrünə düşən uşaqlıq illərindən sonra təsərrüfat işlərində çalışmağa başlamışdır. Əkin-biçində, maldarlıqda valideynlərinə köməklik göstərən yeniyetmə zəhmətə tez alışmaqla bərabər, kənddə gərəkli vərdişlərə yiyələnməyi bacardı. O vaxtın qanunları ilə 4 il əsgərlik xidmətini keçdikdən sonra doğma Gündüzqalaya dönən Şakir yerli təsərrüfatda işə girdi, ailə quraraq gün-güzəran qurdu.

Sovet dövrünün bütün yasaq və qadağalarına baxmayaraq ürəyində Allah sevgisini yaşadan Şakir ölkəmiz müstəqillik qazandıqdan sonra saf İslamın tələbləri ilə yaşamağa, dinimizin bütün tələblərini yerinə yetirməyə başladı.

Zəhmətkeşliyi, dinimizə sevgisi və inamı onu müstəqil olaraq Quranın qiraətini, şəriət qanunlarını, dini ehkamları öyrənməyə sövq etdi.

Əvvəl öz kəndində, ehtiyac yarananda ətraf kəndlərdə elin karına gələn, xeyir və şər mərasimlərini yola verən Şakir Aslanov söhbət və moizələrini əhali, xüsusən də gənclər arasında saf İslami etiqadı möhkəmləndirmək, dini adət-ənənələrimizi yad təsirlərdən qorumaq və yaşatmaq yönündə qurmağı bacarırdı.

Kənd camaatı arasında xeyirxahlığı, nüfuzu ilə hörmət qazanmış Şakir Pirsumali oğlu ömrünün 77-ci baharında bu dünyanı tərk edərkən özündən sonra xoş xatirələrlə bərabər elin işinə yarayan yaxşı övladlar qoyub getdi. Ömür-gün yoldaşı ilə möhkəm ailə, ev-eşik qurmağı bacaran Aslan kişi 5 övlad atası, 15 nəvə və 14 nəticə babası idi.

Mömin ağsaqqal Şakir Aslanovun əziz xatirəsi doğmalarının, onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!

Yoldaşlarından bir qrup