26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Sona Əvsəd qızı Salehova

Rayonumuzun pedaqoji ictimaiyyətinə itki üz vermişdir. Şəhər 3 saylı tam orta məktəbində müəllim kimi çalışmış Sona Əvsəd qızı Salehova ömrünün 68-ci ilində vəfat etmişdir.

Sona Salehova 23 sentyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakultəsinə daxil olaraq 1973-cü ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur.

Əmək fəaliyyətinə Qusar şəhər 3 saylı orta məktəbində müəllim kimi başlayan Sona xanım bir müddət işlədikdən sonra ailə vəziyyəti ilə əlaqədar olaraq Sumqayıt şəhərinə köçməli olmuş, pedaqoji fəaliyyətini orada davam etdirmişdir. Onun fəaliyyəti çalışdığı kollektivlərin rəhbərlikləri tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür.

1996-cı ildə Qusara dönən Sona Salehova yenidən işlədiyi doğma kollektivinə-şəhər 3 saylı orta məktəbinə qayıtmış, 2015-ci ildə təqaüdə çıxmışdır.

Sona Salehova çalışdığı müddət ərzində şəhər 3 saylı tam orta məktəbində qabaqcıl iş təcrübəsinə malik, bilik və bacarığını şagirdlərə cani-dildən çatdıran, kollektivin mədəni-kütləvi tədbirlərində yaxından iştirak edən, gənc kadrlarla təcrübəsini həvəslə bölüşən pedaqoq kimi ad-san qazanmağı bacarmışdı.

Sona Salehovanın timsalında təkcə 3 saylı məktəb deyil, rayonun təhsil ictimaiyyəti dəyərli nümayəndəsini itirdi.

Kollektivimiz Sona xanımın ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına Allahdan səbr diləyir.

Allah rəhmət eləsin.

Şəhər 3 saylı tam orta məktəbinin kollektivi