25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Leyla İmaməddin qızı İbrahimova

Dərin kədər hissi ilə bildiririk ki, amansız ölüm təcrübəli həkim-ginekoloq Leyla İmaməddin qızı İbrahimovanı aramızdan apardı.

Leyla İmaməddin qızı İbrahimova 1936-cı ildə martın 12-də Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Orta məktəbi 1953-cü ildə Bakı şəhərində bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur.

1964-cü ildə ali təhsilini başa vuran Leyla xanım təyinatla Qusar şəhərinə göndərilmişdir. Həmin ilin iyulunda o vaxtkı Qusar Sanitar-Xəstəxana Birliyinə mama-ginekoloq vəzifəsinə işə qəbul edilmiş, 2011-ci ilə kimi rayon səhiyyəsinin inkişafına layiqli pay qatmışdır. Leyla İbrahimova müxtəlif vaxtlarda qadın məsləhətxanasının müdiri, Qusar doğum evinin baş həkimi, sonralar doğum şöbəsinin müdiri vəzifələrində işləmişdir.

Leyla xanım minlərlə ailəyə övlad sevinci bəxş edən, minlərlə xəstənin dərdinə çarə qılan, sutkanın istənilən anında yuxusuna haram qataraq, insanların köməyinə tələsən praktik həkim idi.

Ağır təbiətli, azdanışan olsa da, hər birimiz üçün qayğıkeş ana, məsləhətçi, bacı və həmdərd idi. 2011-ci ildə yaşı ilə əlaqədar təqaüdə çıxsa da, məsləhət və tövsiyələrini gənclərdən əsirgəməmişdir.

Ona uca Allahdan rəhmət diləyirik. Yerin cənnətlik, ruhun şad olsun,-deyirik- Sənin xatirən səni sevənlərin qəlblərində daim yaşayacaq.

Qusar MRX-nın rəhbərliyi,

tibb işçiləri həmkarlar təşkilatının rayon komitəsi