25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Əzizimiz Əjdər müəllim!

1957-ci ilin qarlı-şaxtalı bir fevral günündə dünyaya gös açdınız. Artıq ulu tanrının sənə bəxş etdiyi 60 baharı arxada qoyaraq ömrünün ağsaqqallıq çağına qədəm qoydunuz. Qədəmlərin mübarək, əziz qardaşımız!

Hələ Zindanmuruq kənd səkkizillik məktəbində oxuyarkən sevimli müəllimlərinə həsəd aparardın. Fikirləşərdin ki, kaş mən də müəllim olaydım. 1974-cü ildə Qusar şəhər 3 saylı orta məktəbini bitirib arzularının arxasınca Bakı şəhərinə pərvazlandın. Müvəffəqiyyətlə imtahan verib Azərbaycan Pedaqoji İnstitutuna daxil oldun. Çox sevindin, sevindin ki, artıq illər boyu arzusunda olduğun müəllimlik peşəsinin bir addımlığındasan. Nəhayət ali məktəbi qırmızı diplomla bitirib 1978-ci ildə rayonumuzun Kuzunqışlaq kəndində fizika müəllimi kimi əmək fəaliyyətinə başladın.

Bacarığınız, işgüzarlığınız sevdiyiniz peşəyə ürəkdən bağlılığınız sayəsində 3 ildən sonra təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkildin. İşinə daha məsuliyyətlə yanaşdın. Zaman keçdikcə doğma kollektivin, şagirdlərin, kənd ictimaiyyətinin sevimlisinə çevrildin. Bunun nəticəsi olaraq 2003-cü ildə doğma kollektivə direktor təyin olundun.

Artıq 14 ilə yaxındır ki, neçə-neçə gənc müəllimə hami, yüzlərlə şagirdin həyat yolunda mayak olmusan.

Siz bacarıqlı məktəb direktoru, təcrübəli təhsil işçisi olmaqla yanaşı, həm də gözəl və qayğıkeş ailə başçısı, nəvəcanlı bir baba, səmimi və mehriban bir dostsan. Cəmiyyətə layiq 3 oğul 1 qız böyütdün. Dünya şirini 7 nəvəniz var. Onlarla nəfəs alırsan. Düz də eləyirsən: əbəs yerə deməyiblər ki, "dövlətdə dəvə, övladda nəvə".

Hörmətli Əjdər müəllim, sizi-ən əziz dostumuzu mənalı ömrünüzün gözəl anları -60 yaşınız və pedaqoji fəaliyyətinizin 38 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, səmimi arzularımızı yetiririk. İnanırıq ki, gənc nəslin təlim-tərbiyəsinə həsr etdiyiniz şərəfli işinizdə daha böyük uğurlara imza atacaq, rayonumuzun öncül təhsil işçiləri arasında layiqli yer tutacaqsınız.

Dostların: Şamil, Teyfur, Hacıqayıb, Qonaq