24 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Zeynəddin Ramazan oğlu Çələbov

Rayon ictimaiyyətinə itki üz vermişdir. Qusar RİH-nin sabiq başçısı, əmək veteranı, qocaman pedaqoq Zeynəddin Ramazan oğlu Çələbov ömrünün 84-cü ilində vəfat etmişdir.

Zeynəddin Çələbov 1933-cü il oktyabrın 15-də Hil kəndində anadan olub. Hil kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirib.

Əmək fəaliyyətinə şəhər 1 saylı orta məktəbində bədən tərbiyəsi müəllimi kimi başlayan Zeynəddin Çələbov daha sonra Hil kəndinə qayıdaraq pedaqoji fəaliyyətini burada davam etdirmişdir.

Zeynəddin müəllimin ömrünün mühüm hissəsi Qusar Şəhər İnternat Məktəbi ilə bağlı olub. Əvvəl burada ixtisası üzrə müəllim kimi çalışan Zeynəddin Çələbov 1968-ci ildə həmin təlim və tərbiyə müəssisəsinin direktoru təyin olunmuşdur.

1991-ci ildə ona həmçinin kosmik tədqiqatlar zavodunun "Xəzri" filialının baş direktoru vəzifəsinin icrası da həvalə olunmuşdur.

Zeynəddin Çələbov 1990-1995-ci illərdə Qusar Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

1992-ci ildə onun icra orqanlarında fəaliyyət dövrü başlanıb. Əvvəl Qusar RİHB-nin Qusar şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışan Zeynəddin Çələbov həmin ilin sentyabrında Qusar RİHB-nin başçısı vəzifəsinə təyin edilib və 1993-cü ilin avqustunadək bu vəzifəni icra edib.

1993-cü ildən təqaüdə çıxan Zeynəddin Çələbov doğma Qusarı, onun təbiətini sevən, rayonun tərəqqisi və tanınması üçün çalışan, qonaqpərvər, dostcanlı insan idi.

Zeynəddin Çələbovun əziz xatirəsi doğmalarının, onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!

Rayon müharibə və əmək veteranları şurası