22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Məşqçinin fəxri adı

Həmyerlimiz, yunan-Roma güləşi üzrə məşqçi, ikiqat ölkə çempionu Tofiq   Kamil oğlu Kamilov "Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və   idman işçisi" adına layiq bilinmişdir.

Ötən il dekabrın 27-də Gənclər və İdman Nazirliyində idman mütəxəssislərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ilin Azərbaycan idmançıları, idmanı üçün uğurlu keçdiyini söyləyib: “Hər ili daha çox medallarla, uğurlarla yola salırıq. Bunun da əsas səbabkarları sizlərsiniz. Hər birinizi bu münasibətlə təbrik edirəm.”

Ardınca mütəxəssislərin mükafatlandırılması mərasimi keçirilib.

Yüksək fəxri ada layiq bilinənlərin cərgəsində həmyerlimiz, yunan-Roma güləşi üzrə məşqçi, ikiqat ölkə çempionu Tofiq Kamil oğlu Kamilov da vardır. Tofiq müəllim "Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi" adını almışdır.

1956-cı ildə Cağar kəndində anadan olan Tofiq Kamilov idmana məktəb illərindən maraq göstərib. Şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra güləşin yunan-Roma növü ilə ciddi məşğul olmaga başlayan yeniyetmə iki dəfə (1974, 1978-ci illər) Azərbaycan çempionu, dəfələrlə "Məhsul" Cəmiyyətinin çempionu, müxtəlif turnirlərin qalibi və mükafatçısı olub.

1975-ci ildən bəri pedaqoqluq və məşqçiliklə məşğul olan Tofiq Kamilov güləşin pəhləvanlığının sirlərini, fəndlərini yeniyetmə və gənclərə həvəslə öyrədir. İdman ustalığına namizəd, yüksək dərəcəli məşqçi, birinci dərəcəli hakim olan Tofiq müəllimin yetirmələri arasında dünya, Avropa və ölkə çempionatının qalibləri olan Elnur Qazıməmmədov, Fariz Ağasiyev, Azər Əliyev, Pərvin Həsənov kimi tanınmış simalar var.

Gənclər arasında daim fəal, sağlam həyat tərzini təbliğ edən Tofiq Kamilov 4 övladın qayğıkeş atası, 3 nəvənin mehriban babasıdır.

Tofiq müəllimi yüksək fəxri ad alması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, məşqçilik və pedaqoqluq sahəsində yeni uğurlar diləyirik.

                                                                                                                                                      “QUSAR”