21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Elbrus yenə fəxri kürsüdə

Həmyerlimiz Serbiyanın paytaxtı Belqradda keçirilən cüdo üzrə Avropa açıq çempionatından bürünc gətirdi.

30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunub.

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.

Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb.

Beləliklə, millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.

Şəkildə: turnirin bürünc medalçısı-həmyerlimiz Elbrus Zamanov.