21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Tanınmış pəhləvanın şərəfinə

Şəkərxan Əlismanovun 60 illik yubileyinə həsr olunmuş güləş turniri

Sentyabrın 21-23-tarixlərində Qusar Olimpiya İdman Kompleksində beynəlxalq idman ustası, yunan-Roma güləşi üzrə onqat ölkə və veteranlar arasında şimal bölgənin ilk dünya çempionu, Əməkdar məşqçi Şəkərxan Əlismanovun 60 illik yubileyinə həsr olunmuş 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında XI şəhərlərarası turnir keçirilmişdir.

Yarışın təntənəli açılışında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və Azərbaycan Respublikası Cənclər və İdman Nazirliyinin yunan-Roma güləşi üzrə baş təlimatçısı Tofiq Eyvazov iştirak etmişlər.

Tanınmış idman xadimini təbrik edən federasiyanın və nazirliyin yetkililəri yubilyara mükafatlar təqdim etmiş, xoş arzularını bildirmişlər.

Sonra turnirə start verilmişdir. Yarışa Bakı, Sumqayıt, Gəncə, Beyləqan, Lənkəran, Şirvan və başqa rayonları təmsil edən 14 komandanın 135 pəhləvanı qatılmışdır.

Ayrı-ayrı çəki dərəcələrində Zamir Əhmədov 85 kiloqramda I yeri, Razik Salmanov 76 kiloqramda II yeri (məşqçi (Valeh Kiçibəyov), Raid Səfərbəyov 42 kiloqramda III yeri, Radik Dayıyev 63 kiloqramda III yeri, Asif Salmanov 69 kiloqramda II yeri (məşqçi Fariz Ağasiyev) tutmuşlar.

58 kiloqramda Ziyad Nəsirov, 76 kiloqramda Nədür Balakişiyev III yerə (məşqçi Qafur Qafarov) sahib çıxmışlar.

Abşeron komandasını irəli buraxan Qusar komandası II yeri, sumqayıtlılar III yeri tutmuşlar.

Qaliblər diplom və medallarla təltif olunmuşlar.

“Qusar”