15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Onlar rinqdə rəqib tanımırlar

Şairlə Tərlan ayrı-ayrı məktəblərdə təhsil alsalar da, idmana, daha dəqiqi pankratona (qarışıq döyüş növü) olan həvəs onların yollarını Qusar Olimpiya İdman Kompleksində kəsişdirdi.

Buy az Şair şəhər 3 saylı, Tərlan isə 2 saylı orta məktəbin 10-cu sinfinə adlayıb. Hər ikisi əvvəllər sərbəst, yunan-Roma güləşi ilə məşğul olmuş, Fariz Ağasiyev, Elşən Şükurov kimi tanınmış məşqçilərin rəhbərliyi ilə pəhləvanlığın sirlərinə yiyələnmişdir.

İndi onlar ustalıqlarını idman ustası, qaydasız döyüş üzrə Avropa çempionu Qəhrəman Xələfovun bölməsində artırırlar.

Qüvvələrini müxtəlif turnirlərdə sınayan həmyerlilərimiz bu ilin aprel və may aylarında "MMA-pankration" üzrə 6-cı açıq ölkə çempionatına qatılmışlar. 53 kiloqramda vuruşan Şair Sultanov, eləcə də 56 kiloqramda rinqə çıxan Tərlan Məmmədov (solda) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün birinci pilləsinə çıxmışdır. Rəqiblərinə heç bir şans verməyən Tərlan bu müvəffəqiyyəti may ayında açıq Bakı birinciliyində də təkrarlamışdır.

Qusarlı gənclərin mübarizliyi, böyük ustalığı Azərbaycan MMA ictimai birliyi rəhbərliyinin diqqətini də cəlb etmişdir. Çox güman ki, Tərlanla Şair noyabrda Abu-Dabidə təşkil olunacaq dünya çempionatına dəvət alacaqlar.

Hər iki döyüşçüyə əzmkarlıq və qələbə sevincləri arzulayırıq.

Şəkildə: Tərlan Məmmədov (solda), məşqçi Qəhrəman Xələfov və Şair Sultanov.