22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Qusar Şahmat Mərkəzində

Qusar Şahmat Mərkəzində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı şahmat turniri keçirilmişdir.

Qızlr və oğlanlar arasında dörd yaş qrupu üzrə təşkil olunan yarışmada 60-a yaxın zəka sahibi iştirak etmişdir.

Qızlar arasında kiçik yaş qrupunda (4-10 yaşadək) Aysel Məcidova, Naşida Mustafayeva və Aygün Əliyeva, böyük yaş qrupunda (10-20) Gülnar Bağışova, Albina Xanova və Nuray Abdullayeva 1-3-cü yerləri bölüşmüşlər. Oğlanlar arasında birinci yaş qrupunda Emil Bağıyev, Fərda Həmidov və Rəsul Bağışov, böyük yaş qrupunda Aydın Şahpələngov, Rəşid Səfərov və Rafik Məlikməmmədov 1-3-cü yerləri özlərinə təmin etmişlər.

Qaliblərə turnirin medalları, diplomlar və hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, yarışın qaliblərindən biri Naşida Mustafayevanın cəmi dörd yaşı vardır. Bu turnirdə Emil Bağıyev bütün görüşləri udaraq mümkün yeddi xalı qazanmışdır.

Şahmat məktəbi ilə bağlı daha bir sevindirici xəbərimiz odur ki, mərkəzin 6 nəfərlik drujinası (4 oğlan, 2 qız) Qubada keçirilən şahmat məktəblərinin zona turnirində qalib gələrək Quba 1 komandası ilə birgə ölkə şahmat məktəblərinin respublika finalında çıxış etmək hüququnu əldə etmişdir. Finala gedən yolda onlar Xaçmaz, Xızı, Şabran, Quba 2, Ağdam və Laçını təmsil edən Sumqayıt komandalarını geridə qoymuşlar.