25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Milli Qəhrəmanın xatirəsinə

Aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Azərbaycan Kikboksinq Federasiyası və "Judo Club 2012" idman klubunun təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirildi.

Yarış iştirakçıları və qonaqlar Qusarda əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini, sonra Qusarın Şhidlər xiyabanını, Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət ediblər.

Turnirin açılışında çıxış edən Qusar RİH-nin başçısı Şair Alxasov qonaqları salamlayaraq, bu turnirin keçirilməsinin Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə böyük hörmət və ehtiramdan xəbər verdiyini söyləyib. Yarışın təşkilatçılarına minnətdarlığını bildirən Alxasov şəhidlərin heç vaxt unudulmadığını dilə gətirib.

Daha sonra tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edib. O bildirib ki, bu gün dövlətimiz idman sahəsinə, idmançılara xüsusi diqqət göstərir. İ. İsmayılov Vətən yolunda şəhid olanların qisasını xalqın mərd oğullarının alacağını söyləyib. O, tədbirin təşkilinə görə, millət vəkili Adil Əliyevə minnətdarlığını bildirib. Tədbirdə Milli Məclisiin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev çıxış edib. O, Çingizə ən böyük qiymətin ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən verildiyini dilə gətirib: “Qusar Azərbaycana neçə-neçə ziyalılar, mərd oğullar bəxş edib. Çingiz də onlardan biridir. Çingiz təkcə Qusarın yox, bütün Azərbaycanın oğludur. O bu Vətən uğrunda canından keçərək şəhid oldu. Azərbaycan öz qəhrəmanları ilə fəxr edir. Çingiz də Kikboksinq federasiyanın üzvü idi. Ona görə də, bu gün o özü aramızda olmasa da, biz onun idman ustası vəsiqəsini doğmalarına təqdim edəcəyik.”

Milli Qəhrəman şəhid Çingiz Qurbanovun kikboksinq üzrə idman ustası adının vəsiqəsi və döş nişanı onun atası Salman Qurbanova təqdim olunub.

Mərasimdə həmçinin bir qrup məşqiçiyə Azərbaycan Kikboksinq Federasiyasının sertifikatları, Qarabağ müharibəsi veteranlarından bir qrupuna isə xüsusi diplomlar verilib.

Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş videofilm nümayiş etdirilib.

Daha sonra tamaşaçılar yeddi maraqlı qarşılaşmaların şahidi oldular. Yarışda 57 kq. çəkidə - Elşad Ələsgərov, 64 kq.- Elşən Qəniyev, 67 kq. - Turan Qədimov, 71 kq. - Rəhim Əliyev, 81 kq - Alişan Aslanlı, 75 kq. - Altay Atakişiyev- Emil Mövsümzadə, 91 kq. -Bəhram Rəcəbzadə və Sərxan Cabbarov, 57 kq. - Elşad Ələsgərov, 64 kq. - Elşən Qəniyev, 67 kq.- Turan Qədimov, 71 kq.- Rəhim Əliyev, 81kq.- Alişan Aslanlı, 75 kq. - Emil Mövsümzadə, 91 kq. - Bəhram Rəcəbzadə - Sərxan Cabbarov, 91 kq. çəkidə Bəhram Rəcəbzadə qalib olublar.