21 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Ad gününə iki medal

Onların kimin kim olduğunu ünsiyyət qurdu- ğumuzdan ikicə dəqiqə ötəndən sonra biz də unutduq: Fərid kimdir, Ravid kim?  

Valideynlərinə hörmət və sayğı, məhəbbət hər bir övladın borcudur. Fəridlə Raviddə bu hisslər daha güclüdür. Bu bəlkə də onları dünyaya belə qamətli, gümrah, güclü gətirdiklərinə görə. Onlar valideynlərinə müntəzəm baş çəkməklə yanaşı, hər ikisinin doğum günlərində də doğma ocağa-Aşağı Ləgər kəndinə qayıdır, kiçik ailə şənliyi qururlar.

Ataları Əhməd kişinin ad gününü təbrik etmək üçün ötən həftə rayona gələn əkizlərin hədiyyələri isə növbəti kikboksinq turnirində qazandıqları gümüş medallar oldu.

Övladlarının ilk məşqçiliyini də elə Əhməd özü edib. Hərbi xidməti xüsusi təyinatlı hissədə desant kimi keçən Əhməd Mirzəbəyov idmançı və məşqçilik vərdişlərini indi də yadırğamayıb.

Bir müddət tanınmış məşqçilər- Şəkərxan Əlismanovla Elşən Şükürovun rəhbərliyi ilə ustalıqlarını artıran qardaşlar əmək və idman karyeralarını indi paytaxtda davam etdirirlər.

Onların idman bioqrafiyalarında üç dəfə ölkə çempionluğu, Avropa və dünya ikinciliyi (Fərid), 2 dəfə Azərbaycan çempionluğu, Avropa ikinciliyi (Ravid) vardır.

Həm kikboksinq, həm universal döyüş növlərində güclərini sınayan qardaşların növbəti zəfər sorağı şəhid Tahir Talıbovun xatirəsinə həsr olunmuş turnir olub. Fərid 81, Ravid 75 kiloqramda fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Mirzəbəyov qardaşlarını təbrik edir, onlara daha yüksək idman uğurları diləyirik.    

“Qusar”