26 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Vətənə xidmət müqəddəs borcdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2017-ci il aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.

Aprelin 11-də Qusar Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nın Qusar Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilmişdir.

Təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini, Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun məzarlarını ziyarət etmiş gül-çiçək düzməklə xatirələrini ehtiramla anmışlar.

SHXÇDX-nın Qusar Rayon Şöbəsinin önündə düzənlənən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

Tədbirdə çıxış edən SHXÇDX-nın Qusar Rayon Şöbəsinin rəisi Nicat Həsənov demişdir ki, son illər bütün sahələr üzrə çox sürətlə, yüksək templə inkişaf edən ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində də böyük işlər həyata keçirilmiş, Azərbaycanın Ordusu regionun ən güclü, modern ordusuna çevrilmişdir. Bu gün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, əsgərlərimizin vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz bunu otən ilin aprelində mənfur düşmənə göstərdi. Aprel zəfəri bir daha sübut etdi ki, növbəti hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın güclü ordusu qarşısında Ermənistan daha ağır məğlubiyyətə düçar olacaqdır.

Təntənəli yolasalma mərasimində çıxış edən Qusar RİH başçısının müavini Elman Mustafayev hərbi xidmətə yola salınan gəncləri təbrik edərək, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.

Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmiş, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulamışdır.

Çağrışçılara yaxşı yol arzulayan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Canəli Hörmətov, valideyn Səbzəli Kəlbəliyev qeyd etmişlər ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Belə bir ordunun əsgəri olmaq, vətəni qorumaq hər bir gəncin şərəf işi, borcudur. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir və xalqımız həmişə ordumuza dayaqdır.

Hərbiçilərin nümunəvi çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.             

    “Qusar”