25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Gənclik ona bəslənilən etimadı layiqincə doğrultmalıdır

Fevralın 2-də Qusar Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Gəncləri Günü-ümumrespublika Gənclər Gününün təsis olunmasının 20-ci ildönümünə həsr olunmuş görüş keçirilmişdir.

Tədbirin əvvəlində onun iştirakçılarının bir qrupu əvvəlcə ulu öndərin adını daşıyan mərkəzdə Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Görüşdə rayon İH başçısı, rayon rəsmiləri, ziyalılar, hərbi xidməti başa vurmuş, aprel döyüşlərində iştirak etmiş gənclər, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən elm, mədəniyyət, təhsil sahəsində nailiyyətləri olan gənclər, idmançılar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açaraq rayon gənclərini təbrik etmiş və bildirmişdir ki, bu gün gənclərin qarşısında öz bilik və bacarıqlarını reallaşdırmaq üçün geniş yollar, qapılar açılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlığının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görülür. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib.

Gənclərə tövsiyələrini verərək onların qarşısında duran vəzifələri diqqət mərkəzinə çəkən rayon rəhbəri vurğulamışdır ki, dövlətimizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Yığıncaqda rayon prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar Rayon Şöbəsinin rəisi Nicat Həsənov, sahibkar Jalə Əmirbəyova çıxış edərək respublikamızda o cümlədən rayonumuzda gənclərə yaradılmış şəraitin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyindən və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açmışlar. Vurğulanmışdır ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan əhalisinin 2,8 milyonu və ya 31 faizi gənclərdən ibarətdir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.

Görüşdə çıxış edən gənc müəllim Nərgiz Muradxanova, dəfələrlə respublika çempionu olmuş idmançı Renat Rəhimxanov respublika və rayon gənclərinin qazandığı uğurlardan bəhs etmiş, bunların ölkədə düzgün həyata keçirilən gənclər siyasətinin nəticəsi olduğunu, respublikamızda elmli, təhsilli, yüksək intellektual səviyyəli, vətənpərvər gənclər ordusunun formalaşdığını bildirmişlər. Qeyd olunmuşdur ki, respublika gəncləri arasında xüsusi yeri olan Qusar gəncləri Heydər Əliyevin ideyalarına sadiqliyini Azərbaycan və onun sabahı naminə həmrəy olduğunu gəncliyə böyük dəyər verən və hərtərəfli fəaliyyət üçün geniş meydan açan Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, əməli işlə sübut edəcəklər.

Tədbirin sonunda ictimai işlərdə xüsusi fəallıq göstərən, xüsusi nəticələri olan bir qrup gənc rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlarla, aprel döyüşlərində iştirak etmiş beş nəfər gənc fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

   Sevil DƏMİROVA

Heydər Əliyev Mərkəzində YAP Qusar Rayon Təşkilatı Gənclər Birliyinin və bu mərkəzin təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş mədəni-kütləvi tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini Neva Abdurahmanova mərasim iştirakçılarını təbrik etmişdir.

Bu əlamətdar günün təsis olunması tarixdən danışan natiq ümumilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının gənclərə göstərdikləri diqqət və qayğının əvəzsiz olduğunu vurğulamışdır. Gənclər ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və onlar öz fədakar fəaliyyətləri ilə Azərbaycanın inkişafına öz töhfələrini verirlər. "Bugünki gənclik Azərbaycanın parlaq gələcəyinin olduğunu təsdiqləyir" - deyə bildirən mərkəzin direktorunun sözlərinə görə, bu gün dövlət tərəfindən gənclərin inkişafına hər cür şərait yaradılıb.

Tədbirdə çıxış edən YAP Qusar Rayon Gənclər Birliyinin üzvü Nərgiz Ağaverdiyeva, Heydər Əliyev Mərkəzinin fond mühafizi Nahid Hacıyev gənclərə dövlət tərəfindən göstərilən qayğısından razılıqlarını bildirmişlər. Prezident İlham Əliyevin hər bir ifadəsi hər bir Azərbaycan gəncinə stimul verir, dövlətimizin, ölkəmizin inkişafına, rifahına dair işlər görməkdə daha da ruhlandırır. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.

Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.

Tədbir rayon incəsənət məktəbinin gənc istedadlarının iştirakı ilə bədii proqramla başa çatmışdır.                     

  Bəhruz Ramazanov