22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Vətənə xidmət həm borcdur, həm şərəf

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü qeyd olundu.

Bu münasibətlə fevralın 13-də keçirilən tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar Rayon Şöbəsinin şəxsi heyətinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin Heydər Əliyev Xatirə Kompleksini ziyarəti, ulu öndərin abidəsi önünə gül-çiçək qoyulması ilə başlandı.

Əlamətdar təqvimlə bağlı “Gənclər evində” davam etdirilən tədbirin iştirakçıları Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan qurumun yaranma tarixindən bəhs edən video-çarxı izləmişlər.

Tədbirdə çıxış edən Qusar RİHB aparatının şöbə müdiri Ənvər Balabəyov, rayon prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov, şəhid ailəsinin üzvü Sevda Sultanova, Qarabağ Müharibəsi veteranı Vəfadar Babaverdiyev Vətən qarşısında borcun müqəddəsliyindən, Azərbaycan gənclərinin öncül dəstələrindən birini təmsil edən qusarlı oğlan və qızların təhsildə, hərbi xidmətdə, quruculuq işlərində uğurlarından söhbət acmışlar.

Ötən ilin dekabrında cəbhə bölgəsində düşmənin diversiya qrupunun hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olan həmyerlimiz Çingiz Qurbanovun həyat yolu, çox qısa hərbi xidməti zamanı göstərdiyi rəşadət haqqında danışılmış, Azərbaycan Respublikası Prezidentinin ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında sərəncam imzalamasını, eləcə də qəhrəmanın ailə üzvlərini qəbul edərək yüksək mükafatı təqdim etməsini dövlətimizin, onun başçısının hərb işinə, hərbçilərə, Vətən keşikçilərinə qayğısının bariz nümunəsi olduğu vurğulanmışdır.

Tədbirin sonunda dövlət xidməti Qusar Rayon Şöbəsin rəisi Nicat Həsənov hərbi idman oyunlarında, hərbi vətənpərvərlik mövzusunda keçirilən müsabiqələrdə fərqlənən, eləcə də hərbi xidməti nümunəvi başa vuran gənclərə və şəxsi heyətin üzvlərinə xatirə hədiyyələri təqdim etmişdir.                

                                  “Qusar”