21 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

“Vətən çağırır bizi”-dedilər

Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, yanvarın 1-dən respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilir.

Əməkdaşımış belə tədbirlərdən birinin iştirakçısı olub. Vətənin keşiyinə yollanan gənclər qarşısında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nicat Həsənov bildirmişdir ki, ölkəmizdə ordu quruculuğu prosesi dövlətin diqqəti və qayğısı ilə əhatə olunmuşdur. Aprel döyüşlərində əsgərlərimizin, onların ön cərgəsində döyüşən qusarlıların şücaətini xatırladan şöbə rəisi vurğulamışdır ki, indi Azərbaycan Silahlı Qüvvələri vahid mərkəzdən idarə olunan, güclü maddi-texniki bazaya malik, intellektual potensialı möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan qüvvəyə çevrilmişdir.

Şöbənin önündə keçirilən toplantıda cənclərə öyüd və tövsiyələrini verən ağsaqqallar, valideynlər onlara ölkəmizin ərazi bütövlüyünün qorunması, hərbi biliklərə yiyələnmək sahəsində əzmkarlıq, rəşadət, mətinlik arzulamışlar.

Hərbi xidmətə yola düşən çağırışçılardan Elxan Əlimuradov (Avaran), Taleh Səfərov (Balaqusar), Rial Səfərov (Avaranqışlaq), Rəsul Rəsulov (İmamqulukənd) və başqaları öz növbələrində Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə, xidmət dövründə daha da mətinləşərək müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunmasında hünər və bacarıqlarını əsirgəməyəcəklərinə söz vermişlər.                

“QUSAR”