22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Kitabsevərlərin bayramı

Rayonumuzda keçirilən IX ümumrespublika “Kitab bayramı”nda oxuculara 520 kitab hədiyyə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş “Kitab Bayramı”nda müxtəlif mövzuda tərtib olunmuş 35 sərgidə 310 adda 2800-dən artıq kitab sərgilənmişdir.

Bundan əlavə ümumtəhsil məktəbləri və məktəbdənkənar tədris müəssisələri kollektivlərinin əl işləri nümayiş etdirilmişdir.

Tədbirdə rayon rəhbərliyinin, idarə və müəssisələrin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.

Kitab həvəskarları qarşısında çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov, Quba Rayon MKS-nin direktoru Samiddin Nəsirov, təhsil şöbəsi metodkabinetinin direktoru Qorxmaz Muradov və Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova dahi tarixi şəxsiyyət və böyük insan olan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində misilsiz rolundan, Azərbaycan mədəniyyətinin, o cümlədən kitabxanaların müasir inkişaf səviyyəsinə gəlməsində ümummilli liderin misilsiz xidmətlərindən danışmışlar.

Kitabxanaların müasir dövrdə elmin, təhsilin və ziyalılığın yüksək səviyyəyə qalxmasında vacib rolu xüsusi olaraq vurğulanmış, kitabxanaların və kitabların oxuculara daha yaxın olması, oxuculara mütaliə vərdişlərinin aşılanması sahəsində kitabxanalar tərəfindən daha müasir forma və metodlardan istifadə olunmasının vacibliyi qeyd edilmişdir.

Kitab bayramında çoxsaylı oxuculara və istifadəçilərə 520-dən artıq kitab, 135-dən artıq jurnal və digər qiymətli hədiyyələr verilmiş, bayram çərçivəsində gün ərzində kitabxanaya 122 nəfər ilk dəfə oxucu yazılmışdır.                                             

      “Qusar”