21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yeni Azərbaycan Partiyası 25 illik yubileyinə hazırlaşır

Sentyabrın 26-da Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə hazırlıqla əlaqədar partiyanın Qusar Rayon Təşkilatı İdarə Heyətinin iclası keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, rayon təşkilatın sədri David İbramxəlilov qeyd etmişdir ki, YAP Ümummilli lider Heydər Əliyevin ideyalarını reallığa çevirən bir siyasi təşkilatdır. YAP bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi, dünyanın nüfuzlu partiyalarından birinə çevrilmişdir. 700 mindən çox üzvü olan partiyamız ötən 25 ildə çətin və şərəfli yol keçmişdir.

İclasda YAP-nın yaradılmasının 25 illiyi münasibətilə təşkilat tərəfindən keçiriləcək tədbirlər planı müzakirə olunaraq təsdiq edilmişdir.

Qeyd olunmuşdur ki, yubiley tədbirlərinə sentyabr ayının 27-dən başlayaraq start veriləcəkdir.  

Tədbirlərin həmçinin ərazi ilk təşkilatlarında, gənclər birliyi və qadınlar şurasının təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda söz alan təşkilatının sədr müavinləri Nadirşah Şirinov, Əlfəddin İbrahimov, qadınlar şurasının sədr müavini Neva Abdurahmanova, idarə heyətinin üzvü Kamran Əmirov, Niftəli Fərzəliyev və digərləri fikir mübadiləsi aparmış, partiyanın 25 illik yubileyinə hazırlıqla əlaqədar nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün yaxından iştirak edərək dəstək olacaqlarını bildirmişlər.               ***

Mərkəzi Kitabxananın oxu zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə YAP rayon təşkilatının MKS-üzrə ilk təşkilatının üzvləri iştirak etmişlər.

Tədbirdə iştirak və çıxış edən YAP rayon təşkilatının sədri David İbramxəlilov, MKS üzrə YAP ilk təşkilatının sədri Zahir Mustafayev və digərləri YAP-nın 25 illik fəaliyyəti dövründə qazandığı ugurlardan və YAP yaradıcısı ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı, dünya dövlətləri arasında öz layiqli yerini tutması və xalqın rifahı yolunda əvəzsiz rolundan danışmış, onun siyasi yolunun layiqli davamçisi Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin Azərbaycan xalqı üçün əhəmiyyətini vurqulamış və hamını YAP siyasi kursu ətrafında daha sıx birləşməyə çaqırmışlar.                   ***

YAP Qusar Rayon Təşkilatının Balaqusar kənd ərazi ilk partiya təşkilatında da partiyanın yaranmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri David İbramxəlilov ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışmışdır.

Tədbirdə iştirak edən YAP rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, təşkilatının şura üzvü Ağadadaş Ömərov və Balaqusar kənd ərazi ilk partiya təşkilatının sədri Azər Rzayev öz çıxışlarında Azərbaycanın bugünkü inkişafının, tərəqqisinin hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaratdığını söyləmişlər.

***

Rayon təşkilatının mərkəzi rayon xəstəxanası, uşaq incəsənət məktəbi ərazi ilk təşkilatlarında da ideoloji təbliğat, insanlarla ünsiyyətdə olmaq, partiya sədri, cənab Prezident İiham Əliyevin siyasətinə dəstək vermək məqsədi daşıyan yubiley tədbirləri keçirilmişdir.        

   Bəhruz RAMAZANOV,

YAP Qusar Rayon

Təşkilatının baş təlimatçısı