21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Dövlətçiliyimizin mühüm sütunlarından biri

Rayonumuzda 1 oktyabr-Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı  gününə və milli prokurorluğun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Rayon prokurorluğunun, hüquq-mühafizə orqanlarının əməkdaşları ilk olaraq Heydər Əliyev mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər.

Daha sonra prokurorluğun binasında tədbirin rəsmi hissəsi keçirilmişdir. Həmkarlarını peşə bayramı münasibətilə təbrik edən Qusar Rayon Prokuroru, ədliyyə müşaviri Mübariz Əhmədov bildirib ki, Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçib, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilib.

Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu xüsusilə vurğulanıb. Qeyd olunub ki, ulu öndərin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutub.

Natiq bildirib ki, Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Ölkə başçısının siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 780 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 65 faizini təşkil etməsi ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlətimizin başçısının göstərişlərinin icrasının nəticəsidir.

Sonda qeyd edilib ki, Azərbaycan Respublikası Prokurorluğu orqanlarının tərkib hissəsi kimi Qusar rayon prokurorluğu tərəfindən "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə rayonda qanunun aliliyinin, cinayətkarlığa qarşı effektiv mübarizənin təmin edilməsi, ictimai asayişin, sabitliyin qorunması, vətəndaşların hüquqlarının təmin olunması, pozulmuş hüquqların bərpa edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə birgə zəruri işlər görülür.

Qusar rayon prokurorluğunun əməkdaşları digər prokurorluq işçiləri kimi bundan sonra da üzərlərinə düşən bütün vəzifələri keyfiyyətlə yerinə yetirəcək, Vətənimizə, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməklə fəaliyyətlərini qanunvericiliyin və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi tələblər səviyyəsində quracaq, insan hüquq və azadlıqlarının müdafiəsində, rayonda ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin aparılmasında yeni nailiyyətlər əldə edəcəklər.