21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Mənə ümid, güc verənlər

2003-cü il oktyabrın 30-da Piral kəndində anadan olmuşam. Valideynlərimin dediklərinə görə anadangəlmə xəstə doğulmuşam. Amma özümü dərk edənədək xəstəliyimin fəsadlarından, bütün uşaqlar kimi ayaq açıb yeriyə bilməyəcəyimdən xəbərsiz, körpə çağlarımda iki aylığımdan əməliyyat edildiyimdən xəbərsiz olmuşam.

Əməliyyatdan qabaq sağalmağıma ümid var imiş. Təəssüf ki, elə olmadı. Bundan başqa, çətin günlərim də hələ qabaqda imiş...

Günlərim xəstəxanalarda keçirdi. Dünyada ən çox qorxduğum həkimlər və ağrıdıcı iynələr idi. Böyüdükcə həyatı daha dərindən dərk edirdim. Hər keçən gün özümdə daha çox iradə tapırdım. Bacardığım qədər ayaq açıb yeriməyə çalışırdım. İllər keçirdi. Artıq məktəb yaşım gəlib çatmışdı. Amma ora gedə bilmədim. Müəllimlərim evimizə gəldilər. Tənzilə və Gülnaz müəllim mənim ilk müəllimlərim ıolublar. Onlar mənə qələm tutmağı, hərflərin necə yazıldığını, sözlərin birləşərək necə cümləyə çevrildiyini, kitabların sirli aləmini... öyrətdilər. Sonra Lalə, Günay, Marif, Məmməd, Elşən müəllim bizə gəlməyə başladılar. Onlar öz fənlərini evimizdəcə tədris etməklə yanaşı mənə ümid, güc, enerji aşıladılar ki, buna görə hər birinə dərin minnətdarlığımı bildirirəm. Bir gün sağalmaq ümidi ilə müraciət etdiyim ATV kanalından və çox hörmət etdiyim Zaur Baxşəliyevdən mənə kömək əli uzadıldı. Mən müalicəmə kömək olan həkimlərə- Rəşad Şolana, Cəfər həkimə də öz minnətdarlığımı bildirirəm.

Valideynləriimin köməkliyi ilə bu payız müalicəm davam etdiriləcək. Mən böyüyəndə həmin insanlar kimi yaxşılıqlar etməyə çalışacağam.

Taleyimlə barışsam da, sağalmaq, dövlətimə və xalqıma layiqli vətəndaş olmaq ümidimi itirməmişəm. İnsan təkcə fiziki deyil, mənəvi cəhətdən sağlam və güclü olsun gərək. Mənə dəstək olan, yaşam eşqimi qorumaqda güc və ümid verən insanlara, xüsusən də babama və nənəmə borcluyam. Allah onlara cansağlığı və uzun ömür versin.

Hörmətlə. Osman Əzizov,

Piral kəndi

Redaksiyadan: Osman paytaxtın özəl klinikalarından birində növbəti dəfə əməliyyat olunub. Əməliyyatdan sonrakı prosedurları davam etdirən yeniyetmənin həm maddi, eləcə də mənəvi dəstəyə böyük ehtiyacı var. Həmyerlimizə kömək əli uzatmaq istəyənlər Piral kəndində Əzizovlar ailəsinə müraciət etməklə, eləcə də 0508927247 (0709927247) abonentə telefon açmaqla insanlıq borclarını yerinə yetirə bilərlər.