22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Növbəti əmək yarmarkası: göndəriş alanlar da oldu, ümidlə gedənlər də

Sentyabrın 8-də rayonumuzda keçirilən ənənəvi

əmək yarmarkasında 238 boş iş yeri təklif olunmuşdu.

Əmək yarmarkalarının ənənəvi olaraq eyni məkanda-“Gənclər evi”ndə keçirilməsinin yəqin rəmzi mənası da var. Axı bu gün işə daha çox tələbatı olan təbəqə məhz gənclikdir.

Sentyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasının açılışı mərasimində Qusar RİH başçısının müavini Zoya Eldarova, Dövlət Məşğulluq Xidmətinin Yerli Orqanlarla və Sosial Tərəfdaşlarla iş sektorunun müdiri Xətai Mehraliyev və rayon məşğulluq mərkəzinin direktoru Azər Cəbrayılov çıxış etmişlər.

Onlar toplaşanları salamlayaraq rayonumuzda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkədə, eləcə də rayonda yeni iş yerlərinin yaradılmasına önəm verildiyindən, həyata keçirilən sosial-iqtisadi layihələr çərçivəsində yüzlərlə şəxsin işlə təmin olunmasından söz açmışlar.

Çıxış edənlər həmçinin xüsusən gənclərin işlə təmin olunmasının proritet məsələlərdən biri olduğunu qeyd etmişlər.

Əmək yarmarkasında 400-dək işsiz və işaxtaran vətəndaşa rayonda fəaliyyət göstərən 20-dən çox idarə, müəssisə və təşkilat 238 boş iş yeri təklif etmişdir.

Vakant iş yerləri təqdim edən qurumlar arasında dövlət idarələri ilə yanaşı, yeddi özəl müəssisə və üç fiziki şəxs də yer alıb. Daha çox vakant yer rayon təhsil şöbəsi və Qusar Rayon Mərkəzi Xəstəxanası tərəfindən irəli sürülüb.

20 nəfərin öz istəyinə və ixtisasına uyğun işə göndəriş aldığı yarmarkanın sonunda bir neçə iş axtaran şəxslə söhbətləşdik. Məlum oldu ki, onlardan bəziləri özlərinə uyğun iş tapsalar da, digərləri ümidlərini növbəti yarmarkaya bağlamaq məcburiyyətində qalıblar.

Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı da aparılıb.