23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Həmkarlar ittifaqlarında hesabat və seçkilər

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qusar Rayon Komitəsinin hesabat -seçki konfransı keçirilmişdir.

Sıralarında 340 nəfər üzvü birləşdirən təşkilatın VI konfransında hesabat məruzəsi ilə çıxış edən komitənin sədri Şixrəhim Əsgərov qurumun 2012-ci ilin aprelindən bəri fəaliyyəti-təşkilati, mədəni-kütləvi və idman, əməyin mühafizəsi, maddi yardım və işçilərin istirahəti, sağlamlıqlarının qorunması, sosial müdafiəsi və sair sahələr üzrə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Təftiş komissiyasının hesabatı dinlənildikdən sonra məruzələr ətrafında müzakirələr aparılmış, DİİXİ Həmkarlar İttifaqı rayon komitəsinin 2012-2017-ci illərdə fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

Konfransda təşkilati məsələlərə baxılmış, komitənin və təftiş komissiyasının yeni tərkibləri, DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin VI konfransına nümayəndə seçilmişdir.

Şixrəhim Əsgərov yenidən DİİXİ Həmkarlar İttifaqı Qusar Rayon Komitəsinin sədri seçilmişdir.

Konfransda DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Aida Əliyeva və regional mədəniyyət və turizm idarəsinin Qusar rayonu üzrə nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov iştirak, həmçinin çıxış etmişlər.

 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Qusar Rayon Komitəsinin IX konfransında sıralarında qurumun 3520 nəfər üzvünü birləşdirən 87 ilk təşkilatından seçilmiş 103 nəfər nümayəndə ilə yanaşı idarə, müəssisə rəhbərləri, qonaqlar iştirak etmişlər.

Konfransda Həmkarlar İttifaqı Qusar Rayon Komitəsinin 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək olan dövr ərzindəki fəaliyyəti haqqında onun sədri Məzahir Hacıyevin hesabat məruzəsi və təftiş komissiyasının hesabatı dinlənilib müzakirə edildikdən sonra təşkilati məsələlərə baxılmış, respublika forumuna nümayəndə seçilmişdir.

Məruzədə rayonun ən böyük ictimai təşkilatlardan biri olan ATİAHİ rayon komitəsinin təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının müdafiəsi və asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətindən, bu istiqamətdə qarşıda duran digər məsələlərdən söhbət açılmışdır.

Konfransda çıxış edənlər komitənin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, həmkarlar ittifaqının səmərəli fəaliyyətinin təmin olunması, sosial, əmək münasibətlərinin tənzimlənməsi üçün təkliflərini səsləndirmişlər.

Məzahir Hacıyev yenidən HİK-nin sədri seçildi.

Konfransın işində iştirak edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Mübariz Eyvazov, Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Telman Kazımov, Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev öz fikir və mülahizələrini bildirmiş, qurumun yeni seçilmiş üzvlərinə fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışlar.