26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Bahar təravətli, yaz nəfəsli gün

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri

Mədəniyyət sarayında düzənlənən bu mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təhsil, səhiyyə, dövlət qulluğu, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin şəhid ailələrini təmsil edən qadınlar iştirak edirdilər.

Qadınları yazın ilk bayramı- 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini söyləmişdir.

“…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm”- deyən ulu öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.

Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.

Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır.

Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.

Rayonumuzda ömür sürən 96,2 min nəfər əhalinin 49,9 faizini qadınlar təşkil edir. Muzdla çalışan 9964 nəfər işçinin ümumi sayından 3894 nəfəri (39,1%) qadındır. İqtisadiyyatın bəzi sahələrində işləyən qadınların xüsusi çəkisi rayon üzrə orta göstəricidən yüksəkdir. Səhiyyə və sosial xidmətlərin göstərilməsi-732 nəfər (76,5%), təhsil-1952 nəfər (63,0%), istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət-291 nəfər (50,5%).

Qadınlar dövlət idarəetməsində də fəal iştirak edirlər. 216 dövlət qulluqçusundan 56 (25,9%) nəfəri qadındır.

Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların bir çoxunun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov peşələrində fərqlənən, ictimai-siyasi fəaliyyətləri ilə seçilən bir qrup qadına rayon RİH-in hədiyyələrini təqdim etmişdir.

Tədbir rayon və respublika incəsənət ustalarının konserti ilə başa çatmışdır.