25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Ən əzəmətli himn-körpə qığıltısı

Yeni ilin əvvəlindən bəri 62 qusarlı ailəsinə bu himnin sədalarını bir də dinləmək səadəti nəsib oldu.

Urva kəndindən olan Anella Mövlanovanın yanvarın 1-i səhər saatlarında dünyaya gətirdiyi körpə rayonumuzda 2017-ci ildə doğulan ilk uşaqdır. Sumeyya adı verilən çağanın çəkisi 3,3 kiloqram, boyu 50 santimetrdir. Körpəyə ilk profilaktiki mərhələnin peyvəndləri vurulmuş və ana-bala evə buraxılmışlar.

MRX-nın doğum şöbəsindən verilən məlumatda qeyd olunduğu kimi yanvarın 24 günü ərzində rayonumuzda-62 körpə dünyaya göz açıb. Onların 33-ü qız, 29-u oğlandır, 2-si əkizdir.

Qeyd edək ki, yola salınmış 2016-ci ildə MRX-nın doğum şöbəsinin kollektivi 1357 körpənin dünyaya gəlişini qəbul etmişdir. Doğulanlardan 763-ü qız, 594-ü oğlan, 10-u əkiz olub.

Dünyaya qədəm qoyan balaca sakinlərimizi, onların valideynlərini təbrik edir, körpələrə qayğısız ömür, şən, firavan, sağlam həyat arzulayırıq.