Ölkə kubokunu qazandı

Keçən həftə Bakı şəhərində sambo güləşi üzrə Azərbaycan kuboku yarışları keçirilmişdir.

Burada respublikanın müxtəlif şəhər və rayonlarının 350-ə yaxın idmançısı mübarizə aparmışdır.

Kubok yarışları üç yaş qrupunda təşkil edilmişdur: kişilər, gənclər və yeniyetmələr. Qusar UGİM-nin yetirməsi cüdo üzrə yeniyetmələr arasında Azərbaycan çempionu Elçin Heybətov bu dəfə sambo güləşində özünü sınamışdır.

Onun iştirakı uğurlu olmuşdur. Elçin 81 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbay-can kubokuna sahib olmuşdur.

Qalib idmançıya medal, kubok və diplom təqdim edilmişdir.

Biz Elçinə sambo üzrə Avropa birinciliyində uğurlar arzulayırıq.             

 Carulla ŞİNĞAROV, Əməkdar məşqçi