Kəndlərin rabitə imkanları yaxşılaşdırılır kəmiyyət və keyfiyyətcə də

Kirig kəndində DS-200 tipli 128 nömrəlik elektron ATS istifadəyə verildi. 9 May Qələbə günü Həzrə zonasının telefon istifadəçiləri üçün yaddaqalan olmuşdur. Rabitəçilərimizin əhaliyə göstərdikləri xidmətin səviyyəsinin yüksəldilməsinə töhfə kimi Həzrə-Kiriq istiqamətində 4.8 kilometr məsafəyə FO-4 markalı optik kabel buraxılmışdır.Həmin gün Kirig kəndində quraşdırılmış Karel şirkətinin DS-200 tipli 128 nömrəlik elektron ATS-in açılışı da olmuşdur.

EATS sakinlərə ölkəmizin hər hansı bir bölgəsi və xarici regionlarla birbaşa rabitə əlaqəsi qurmağa şərait yaratmışdır.

Mərasimdə çıxış edən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Şahid Fərəməzov

Rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov kənd sakinlərini təbrik edərək vurğulamışlar ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, insanların iş və məişət şəraitinin durmadan yaxşılaşdırılması dövlət səviyyəsində önəm verilən başlıca istiqamətdir.

Çıxış edən kənd sakinləri ölkə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirmişlər.

Sonra açılışın rəmzi lenti kəsilmiş, qonaqlar yeni ATS-lə tanış olmuşlar.

Yeni stansiyanın tutumunu gələcəkdə 512 nömrəyədək artırmaq imkanlarının olduğu da bildirilmişdir.