Bolluq yaradanların bayramı

Melioratorlarımız peşə bayramlarını layiqincə qarşılamışlar. Yaz-yay suvarma mövsümü ilə əlaqədar sistem daxilində bir sıra mühüm layihələr həyata keçirilmişdir.
Rayon suvarma sistemləri idarəsinin işçiləri 5 İyun Meliorasiya və Su Təsərrüfatı İşçilərinin peşə bayramını keçirməzdən qabaq Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Ümummilli liderə öz ehtiramlarını bildirən kollektivin üzvləri onun əzəmətli abidəsi önünə təzətər gül-çiçək qoymuşlar. Melioratorlarımız peşə bayramlarını layiqincə qarşılamışlar. Yaz-yay suvarma mövsümü ilə əlaqədar sistem daxilində bir sıra mühüm layihələr həyata keçirilmişdir. Cağar-Cibir kanalının baş qurğusu əsaslı təmir edilmiş, Dünya Bankının vəsaiti hesabına arx və kanalların bərpası layihəsi başa çatdırılaraq Gündüzqala, Bədişqala, Cibir, Gədəzeyxür, Aşağı Ləgər arxlarında əsaslı betonlama, təmir-bərpa işləri həyata keçirilmişdir. Hazırda həmin bankın vəsaiti hesabına 2-ci layihə üzrə “Qusar çay” SİB-nin xidmət göstərdiyi Çubuqlu, Yeni Həyat, Bədirqala, Avaran, Atluxan, Zindan Muruq və başqa arx və kanalların təmir-bərpa işləri sürət və keyfiyyətlə aparılır. Müəssisənin inzibati binasında davam edən bayram tədbirində rayon suvarma sistemləri idarəsinin rəisi Məzahir Əzizov kollektiv üzvlərini peşə günü münasibətilə təbrik etmiş, bir qrup qabaqcıla fəxri fərman və pul mükafatları vermişdir. O, kollektivin üzvlərinə möhtərəm Prezidentimizin “Kənd təsərrüfatı ili” elan etdiyi 2015-ci ildə daha böyük uğurlara imza atmağı arzulamışdır. “Qusar”