Millət vəkili seçicilərini qəbul etdi

Qəbula gələnlər əsasən işsizlik, sosial və mənzil-məişət problemləri üzrə narahatlıqlarını bildirmişlər.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 51 saylı Qusar Seçki Dairəsi üzrə millət vəkili Azər Badamov rayon mərkəzindəki qəbul otağında müntəzəm olaraq seçiciləri ilə görüşlər keçirir, həmyerlilərinin müraciət və şikayətlərinə baxır. 26 mart 2015-ci il tarixində millət vəkili tərəfindən  seçicilərin növbəti qəbulu keçirilmişdir. Qəbulda əvvəlcədən yazılmış 9 nəfər seçicidən 7 nəfəri iştirak etmişdir. Deputatın qəbulana gələnlər əsasən işsizlik, sosial və mənzil-məişət problemləri üzrə narahatlıqlarını bildirmişlər.  Millət vəkili seçicilərini dinləmiş, onları narahat edən məsələlərlə bağlı müvafiq işlərin görüləcəyini bildirmişdir. O, qəbula gələnləri əmin etmişdir ki, onları narahat edən bütün məsələlər diqqət mərkəzində olacaq, hər bir problemin müsbət həll olunmasına çalışacaqdır. Seçicilərin bir qisminin problemləri yerindəcə həll edilmişdir. Bəzi seçicilərin ərizələri baxılması və aidiyyəti orqanlara göndərilməsi məqsədilə nəzarətə götürülmüşdür.        

  “QUSAR”