Bayram ərəfəsində açıq söhbət

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan və Qadın siyasəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
“Dəyirmi masa”nı Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova açaraq ümummilli liderimiz Heydər Əliyevin mirası olan qadın siyasətinin əhəmiyyətindən, məhz ulu öndərin bu yöndə yeritdiyi siyasət sayəsində qadınların cəmiyyətə inteqrasiya olunmasından, onlara verilən hüquq və azadlıqlardan, gender bərabərliyindən, vətəndaş həmrəyliyinin vacibliyindən danışmışdır. Tədbirə qatılan rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar rəngarəng çıxışlar etmiş, dünya qadın hərəkatının bir hissəsi olan rayon qadınlarının ictimai, siyasi, sosial məsələlərin həllindəki rolundan danışmış, perspektivləri, qarşıdakı planları müzakirə etmişlər. Masa ətrafında söhbətlərə dəvət olunan hər bir qadın öz işi, cəmiyyətdəki mövqeyini dilə gətirərək, bu sahədə dövlət qayğısından söz açmışdır. Həmin çıxışlardan kiçik iqtibasları diqqətinizə çatdırırıq.