İnkişaf konsepsiyası və prokurorluq

Rayon prokurorluğunun inzibati binasında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrə həsr edilən seminar-məşğələ keçirilib.
Respublika Baş Prokurorluğu nümayəndələrinin və şimal bölgəsində fəaliyyət göstərən prokurorluq orqanları əməkdaşlarının qatıldıqları seminar-məşğələdə İnkişaf Konsepsiyasının dövlətimizin tərəqqisindəki müstəsna rolu haqqında ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təsdiq edilən İnkişaf Konsepsiyasında dövlətin siyasi, iqtisadi, sosial eləcə də hərbi gücünün artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Tədbirdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbulu ilə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib: “Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır”. Seminar-məşğələdə prokurorluq orqanları əməkdaşlarının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inam ifadə olunub.