“Yaşıl marafon” davam edir

Noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kampaniyası-“Ümumrespublika Yaşıllaşdırma” marafonu keçirilir. Bu təşəbbüsə qoşulan rayonumuzun müəssisə və kollektivlərinin üzvləri Qusar şəhərində və kəndlərində yaşıllaşdırma-abadlıq işlərini həvəslə davam etdirirlər. Qusar RİHB-in birinci müavini Şahid Fərəməzovdan aldığımız məlumata görə artıq aksiya zamanı 8000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilmişdir. Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabr ayında və mart ayının sonu-aprel ayının əvvəlində) əkilməsi və marafonun may ayının əvvəlində başa çatdırılması planlaşdırılır. Şəkillərdə: Qusar şəhərində (solda) və Yasab kəndində yaşıllıqlar salınarkən.