Yaşıllıqlar artırılır

İlin bütün fəsillərində gözəl olan Qusarın payızı da əsrarəngizdir. Tarla, üzümlük və bağların barı yığılmaqla bərabər, yeni tinglərin əkilməsinə, şəhərin küçə, park və xiyabanlarının xəzandan təmizlənməsinə start verilir. Şəhərimizin yaşıllaşdırılmasına öz töhfələrini vermək qərarına gələn ayrı-ayrı müəssisə və təşkilatların kollektivləri vaxtaşırı iməcliklərə çıxır, yeni ting və kolların əkilib qulluq göstərilməsi ilə məşğul olurlar. Suvarma sistemləri idarəsinin, meşə mühafizəsi və bərpası müəssisəsinin, qaz istismarı idarəsinin, telekommunikasiya qovşağının, mərkəzi rayon xəstəxanasının, təhsil şöbəsinin, əhalinin sosial müdafiəsi mərkəzinin, şəhər bələdiyyəsinin kollektivləri konkret ərazilərin yaşıllaşdırılması və təmizliyini öz öhdələrinə götürmüşlər. Bu kollektiv üzvlərinin səyi nəticəsində cari ilin yazında 2500 ting əkilmişdir ki, onların 80 faizi pöhrə verib. Bu payızda isə daha 2000 qələm və gül kolunun əkini nəzərdə tutulub.