Zina OSMANOVA

 Avaran kənd tam orta məktəbinin X sinif şagirdi
Qələm yazır

Dilim deyir,

Qələm yazır.

Hər sözdə bir

Aləm yazır.

Hər sözüm

Bir ulduz kimi,

İşıldayır,

Nur saçır.

Elə ki, aldın

Ələ qələmi.

Yazır sevinci,

Kədəri, qəmi.

Dilimdən çıxsa

Acı kəlmələr.

Qələm yazmağa

Tərəddüd eylər.

Yazılan sözün

Mənası dərin,

Qələm bildirir-

Hər sözün yerin.

Sevdiyini demirsən

Baxıb yanır-alışırsan,

Sevdiyini demirsən.

Taleyinlə barışırsan,

Sevdiyini demirsən.

Niyə dalımca düşmüsən,

Eşqinləmi görüşmüsən,

Əcəb sevdaya düşmüsən-

Sevdiyini demirsən.

Baxma həyat qəribədir,

Axı gənclik keçir-gedir,

Yoxsa utanırsan, nədir-

Sevdiyini demirsən.

Həsrət

Bilmədim adını, nə soyadını,

Heç kim olduğunu bilmədim.

Ürəyimə yol tapıb itdin,

Bilmədim kimsən, nəçisən.

Hər gün səni gördüyüm yerə getdim,

Bəlkə yenə orda olarsan, dedim.

Aylar, illər keçdi aradan ancaq

Səni görmədim, üzünə həsrət qaldım.