Ölkəmiz beynəlxalq turizm sərgisində

Moskvada keçirilmişMİTT 2012″ beynəlxalq turizm sərgisinin iştirakçılarından biri həmyerlimizdir. Rayon mədəniyyət turizm şöbəsinin müdiri David İBRAMXƏLİLOV Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin nümayəndə heyətinin tərkibində martın 21- 24- Moskva şəhərində keçirilmişMİTT 2012″ beynəlxalq turizm sərgisində iştirak etmişdir.Səfər təəssüratını müxbirimizlə bölüşən müdir demişdir:-Nümayəndə heyətinin tərkibinə Mədəniyyət Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri M.Qəhrəmanov, xarici turizm sektorunun məsləhətçisi S. Rüstəmov, M.F.Axundov adına Milli Kitabxananın əməkdaşı G.Məmmədova, Qəbələ Oğuz rayonlarından olan həmkarlarım N.Qafarova U.Baxışova, Azərbaycan Dövlət Rəqs ansamblının 4 nümayəndəsi daxil idilər.

Sərgidə 9 yerli turizm şirkəti, “Geo Travel“, “Billur Tour“, “Millennium Tourism and Congress DMC“, “Eurotourism“, “İmprotex“, “Regea Travel“, “Tourism.az“, “The Tour“, “Ata Travelşirkətləri 1 otelJumeirah Bilgahtəmsil olunmuşdu.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 80 kvadratmetr sahədə lövhə quraşdırılmışdı. Azərbaycan lövhəsi sərgiyə gələn ziyarətçi iştirakçılara paylanması üçün ingilis rus dillərində müxtəlif növ reklamçap məhsulları ilə təmin olunmuşdu.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi yerli turizm şirkətləri artıq altıncı dəfə idi ki, “MİTTbeynəlxalq turizm sərgisində iştirak edirdi.

Düşünürəm ki, bu mötəbər sərgidə iştirakımız beynəlxalq təcrübədən bəhrələnməklə bərabər ölkəmizin, eləcədə rayonumuzun turizm potensialını nümayiş etdirmək baxımından xeyirli oldu.