Dağlar yolunuzu gözləyir

Şahdağ qışyay turizm kompleksi Azərbaycanın tarixində ilk dağxizək kurortudur. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsinin yaradılmasına xüsusi önəm verilmişdir. Ötən il dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Şahdağ qışyay turizm kompleksinə daxil olanZirvəvəQayaotellərinin açılışından sonra rayona turist axını artdı. Ötən istirahət mövsümündə kompleksə 50 min nəfərdən artıq turistin baş çəkdiyi bildirilir.

Qeyd edək ki, təməli Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ilin sentyabrında qoyulmuş bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdə yerləşir. 2058 hektar ərazisi olan kompleks bütün ilboyu fəaliyyət göstərəcəkdir. Bu layihənin reallaşdırılması ölkədə dağxizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Artıq bir neçə gündən sonra otellər, xizək və kanat yolları turistləri qəbul etməyə başlayacaqdır.                                

Fotolar Ravilindir.