Meşələr: bərpa olunur, yeniləri salınır

21.570 hektar meşə massivinin  mühafizəsi və bərpası ilə məşğul olan Qusar meşəçilərinin hər bir fəsildə işi kifayət qədərdir. İndi payız, qışın astanasıdır. əyyən olunmuş tapşırığa uyğun olaraq meşələrin bərpası tədbirlərinin yerinə yetirilməsində bütün imkanlardan yararlanan meşəçilər 2013- ildə 45 hektarda yeni meşə zolaqları salmağa, 140 hektarda təbii bərpa işləri aparmağa, 84 hektar meşə əkinlərində bərpa işləri görməyə, 1 hektar sahədə  müxtəlif növ toxumlardan tinglik yaratmağa müvəffəq olmuşlar.

Qazla təmin olmayan təhsil və səhiyyə əssisələrinə, eləcə də əhaliyə 1700 kub metr oduncaq satılmışdır.

Yeni meşə zolaqlarının salınması və əkinlərin bərpasında meşəçilərdən Etibar Ərzimanov, Koroğlu Mehdiyev, Zahid Abdullayev, Əlfəddin Ələsgərov, Minətulla Xidirov, Aləm Sarıyev, Rauf Kazımov, Feyrulla Abdurzayev, İmaməddin Mustafayev xüsusi fəallıq göstərmişlər.

Şəkillərdə: tingliklərdə yaz əkini üçün tinglər yetişdirilir; Qusar meşəbəyliyinin işçisi Zeydulla Yardımov fidan tinglərə qulluq göstərərkən.